Yeni qırıcılar Rusiyaya təhvil verildi

Yeni Su-30SM2 hərbi təyyarələri Rusiyaya təhvil verilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, qırıcılar təkmilləşdirilmiş göyərtə radioelektron cihazları ilə təchiz olunub və aparılan modernləşdirmə sayəsində təyyarənin döyüş qabiliyyəti artırılıb.

Eyni zamanda, qırıcıların hava hədəflərinin aşkarlanması və identifikasiya məsafəsi artıb.

Qırıcıların silah tərkibinə bir neçə yüz kilometr məsafədə hava, yer və dəniz hədəflərini məhv etmək üçün yeni yüksək dəqiqliyə malik silahlar daxil edilib”, - BAK-dan bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR