Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 % artdı

Bu ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 565,9 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.

Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin 3 298,6 milyon manatlıq hissəsi hüquqi şəxslərin payına düşüb.

Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 6,9 % artaraq 5 milyad 832,7 milyon manat olub. Hüquqi şəxslər əhaliyə 4 milyard 380,7 milyon manatlıq xidmət göstəribki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı