Putinə itirilən kəndlərin sayı deyildi, cavabı sərt oldu

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd bölgələrdəki vəziyyətlə bağlı müşavirə keçirib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, müşavirədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, 2 min nəfərin yaşadığı 28 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ukrayna ordusunun Kursk vilayətinə hücumu nəticəsində 12 nəfər ölüb, 121 nəfər yaralanıb.

Putin müşavirədə mühüm açıqlamalar verib. O, rusiyalı hərbçilərin Ukrayna ordusunu Kursk vilayətindən çıxarmalı olduqlarını vurğulayıb.

“Düşmən, şübhəsiz ki, layiqli cavabını alacaq və qarşıya qoyduğumuz bütün məqsədlərə nail olacağıq”, - deyə Rusiya Prezidenti bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı