O, Rusiyanın Ukraynaya hücumuna səbəb oldu - Tramp

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Putinlə yaxşı münasibətdə olduğunu, onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını deyib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə milyarder İlon Maska müsahibəsində danışıb. Tramp Baydeni Rusiyanın Ukraynaya müdaxiləsində ittiham edib:

"Co Bayden Ukraynanın NATO-ya üzv ola biləcəyini söylədi, bu, Rusiyanın Ukraynaya hücumuna səbəb oldu. Amma mən prezident olsaydım, Rusiya buna heç vaxt razı olmazdı".

Tramp söz verib ki, prezident seçilərsə, Putinlə dialoqa başlayacaq. O xatırladıb ki, Putinlə yaxşı anlaşır.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı