Müharibədə yeni mərhələ - Rusiyanın cavabı nə olacaq?

"Artıq 1 həftədir ki, Ukrayna Rusiya ərazilərinə daxil olub. Əks hücumlarını da genişləndirib, 1000 kv.km-dən artıq ərazilərə nəzarət edir. Təbii ki, bu rəqəm Rusiyanın işğal etdiyi ərazilərin yanında çox kiçik görünə bilər. Amma bu Ukrayna ordusu tərəfindən atılmış kifayət qədər cəsarətli bir addım idi. Rusiyanın kosmik peykləri, optik müşahidə sistemləri olmasına baxmayaraq, bu hücum Rusiya üçün gözlənilməz oldu".

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, hücumun miqyasını genişləndirmək Ukrayna üçün asan olmayacaq:

"Çünki böyük ehtimalla Rusiya ehtiyatlarını Xarkov, Dombas, Kursk və Belqorod istiqamətlərinə cəlb etməklə Ukraynanın hücümlarının qarşısını almağa və onları geri çəkilmək üçün məcbur etmə əməliyyatına start verəcək".

Ekspert qeyd edib ki, bütün fəaliyyətlər yalnız Rusiyanın mülki əhalisini ərazidən çıxardıqdan sonra baş verə bilər:

"Hər bir halda son əməliyyatlar Ukrayna ordusunun mənəvi-psixoloji üstünlük əldə etməsi ilə nəticələnib. Rusiya vəziyyətdən çıxış yollarını axtarmaqla kifayət qədər zaman itirir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı