Niyə ağrıyan yerə toxunanda ağrı azalır? - MARAQLI SƏBƏB

Hər hansı bir formada xəsarət aldığımız zaman ilk reaksiyamız əlimizi ağrıyan yerə toxundurmaq və ovuşdurmaq olur. Bəs necə olur ki, bu zaman ağrı həqiqətən az da olsa azalır?

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, insan dərisinin üzərində mövcud olan reseptorlar dəri üzərində meydana gələn hər hansı toxunuşları sinir sistemi sayəsində beynə göndərir. Məsələn, qolumuzu qapıya vurduğumuz zaman o bölgədəki reseptorlar beynə ağrı hissini göndərir.

Ağrı hissindən sonra həmin hissəyə əlimizi toxundurduqda isə yenə eyni reseptorlar bu hissi beynə çatdırır. Ağrı sinir yolundan daha qalın olan toxunma sinir yolu beyində yeni bir məlumat bazası yaratmış olur. Bir növ ağrıya səbəb olan sinir yollarını geridə qoymuş olur. Buna elmdə "Ağrının qapı nəzarət teoremi" də deyirlər.

Beləliklə, fərqli siqnallar beyinə göndərildiyi zaman bəziləri digərindən geridə qalır çünki mexanizm eyni anda sadəcə bir siqnalıq beynə çatmasına icazə verir. Buna görə də, toxunma, titrəmə və təzyiq kimi siqnallar ağrı siqnallarını geridə qoymuş olur.

Lakin burada maraqlı və qaranlıq bir məsələ də var: Bir yerimiz ağrıdığı zaman başqalarının o hissəyə toxunmasını istəmirik. Bu, yuxarıdakı proseslə ziddiyyət təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı