Polad Bülbüloğlunu Elmar Məmmədyarov əvəz edəcək?

Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyada səfir təyin olunacağı ilə bağlı məlumat yayılıb. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkidən sonra E.Məmmədyarovun səfir kimi Moskvaya göndəriləcəyi iddia edilib.

Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, Elmar Məmmədyarov xəbəri təkzib edib:

"Polad Bülbüloğlunu artıq seçmisiniz? Nəyə əsaslanaraq bu barədə xəbərin yazılması barədə məlumatım yoxdur. Kim mənə səfir olacağım barədə təklif edib?

Ortada bir şey yoxdur. Yalnız jurnalistlər yazırlar. Mənim üçün də çox maraqlıdır, zəng vurun soruşun, mənbəni haradan götürüblər...

Əvvəlcə Polad Bülbüloğu deputat seçilməlidir, sonra bu məsələyə toxunmaq olar. Məni səfir görmək istəyirsinizsə, sizin əlinizdə olsaydı, mən deyərdim - hə (gülür). Amma bilirsiniz, sistem necə işləyir. Mənə təklif olunandan sonra bu məsələyə baxmaq olar. Məsələni həll etmək üçün bu yetişməlidir, ortaya çıxmalıdır".

Xatırladaq ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən namizədliyini irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı