İsrail-HƏMAS danışıqlarında detallar üzə çıxdı

Qəzzada daimi atəşkəs və girov mübadiləsi üçün aparılan danışıqların bəzi təfərrüatları ortaya çıxıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, İsrail ilə Həmas arasında daimi atəşkəs və girov mübadiləsi üçün aparılan danışıqlarla bağlı hazırlanan mətn son mərhələyə çatıb.

Hələlik dəqiqləşdirilməmiş mətnə əsasən, tərəflər arasında danışıqlar HƏMAS-ın əlində olan hər girov üçün 12 fələstinli məhbusun azad edilməsinə əsaslanır.

Danışıqların əsas mövzusu İsrailin öz həbsxanalarında olan fələstinli məhbusları necə və hansı əsaslarla azad edəcəyidir. 30 ildən az həbs cəzası alanların azadlığa buraxılmasına razılıq verən İsrail, bu müddətdən artıq cəza çəkənlərin azadlığa buraxılmasının öz ixtiyarında olmasını istəyir.

Fələstinin Fəth Hərəkatının simvolik liderlərindən biri olan Mərvan Barquti də daxil olmaqla, təxminən 50 nəfər İsrail həbsxanalarında 30 ildən çox cəza çəkir. İsrail bu adlar üzərində veto hüququ tələb edir.

HƏMAS-da təxminən 120 israilli girov olduğu təxmin edilir. Bildirilir ki, girovlar Qəzzada İsrailə qarşı döyüşən digər qruplaşmalar tərəfindən də saxlanılır. Son 2,5 ayda intensivləşən danışıqlar prosesində HƏMAS-ın konstruktiv mövqe sərgilədiyi və prosesin müsbət istiqamətdə irəlilədiyi bildirilir.

Təhlükəsizlik mənbələri Türkiyənin bu mərhələyə çatmasında danışıqlar prosesinə töhfəsinin vacib olduğunu vurğulayaraq, İsrailin baş naziri Binyamin Netanyahunun rəftarının prosesi ləngitdiyini bildirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı