Bu şəxslərin yemişdən uzaq durması məsləhətdir

Yemiş C vitamini və beta-karoten kimi antioksidanlarla zəngindir, həmçinin bədəni mükəmməl nəmləndirir, su balansını normallaşdırır. Həmçinin, həzmi yaxşılaşdırmağa kömək edir, qəbizliyin qarşısını alır və bağırsaq mikroflorasını sağlam saxlayır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, insan orqanizminə bütün faydalarına baxmayaraq, mütəxəssislər bəzi insanlara qida rasionlarında yemişə yer verməmələrini tövsiyə edirlər.

Belə ki, alergiyası olanlar, iltihablı bağırsaq sindromundan əziyyət çəkənlər və şəkərli diabet xəstələrinin bu qida tez-tez qəbul etməsi müəyyən sağlamlıq problemlərini ortaya çıxara bilər.

Eyni zamanda, hamilə qadınlara, qocalara və artıq çəkidən əziyyət çəkənlərə də aşırı yemiş qəbulu məsləhət görülmür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı