Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 12 185 sorğu şagirdlərin yerdəyişməsi elektron xidməti vasitəsilə tamamlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə 2-9 və 11-ci siniflər üçün şagird yerdəyişməsinə avqustun 8-dən start verilib. 10-cu siniflər üçün isə şagird yerdəyişməsi isə 15 avqust saat 15:00-dan aktivləşdirilib.