"Zirə" tarixində ilk dəfə pley-offa vəsiqə qazandı - Konfrans Liqası

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.

Qonaqlardan 37-ci dəqiqədə 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan (2:1) "Zirə" tarixində ilk dəfə pley-offa yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək.

***

20:31

Bakıda "Zirə" və Xorvatiyanın "Osiyek" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Metbuat.az-ın məlumatına görə, “Liv Bona Dea Arena”dakı matç saat 20:30-da start götürüb.

Görüşü avstriyalı Xulian Veynberqer idarə edir.

Qeyd edək ki, səfərdəki ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı