"Bu halda, Tehrana hücumda dəstək gözləyirik" - Katz

”İran hücum edərsə, koalisiyanın təkcə müdafiədə deyil, həm də İrandakı əhəmiyyətli hədəflərə hücumda İsrailə qoşulmasını gözləyirik".

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrael Katz ölkəsində səfərdə olan fransız və britaniyalı həmkarları ilə görüşdə deyib. O, İranın İsrailə zərbə endirəcəyi təqdirdə, müttəfiqlərdən Tehrana hücum etməkdə dəstək gözlədiyini deyib.

Katz İsraildə səfərdə olan baş diplomatlara ölkəsinin girovların azad edilməsi ilə bağlı razılaşmaya hazır olduğunu, lakin HAMAS-ın danışıqlar zamanı İranın hücumu ərəfəsində tələblərini sərtləşdirə biləcəyini vurğulayıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı