İsrail HƏMAS-la razılığa gələ bilmədi

Qəzza zolağında atəşkəs və əsir mübadiləsinə dair danışıqlarda razılıq əldə olunmayıb.

Metbuat.az xəbər verir ki, danışıqlar üçün Misirin paytaxtı Qahirəyə gedən İsrail heyəti HƏMAS ilə razılığa gələ bilmədən Tel-Əvivə dönüb. “Yedioth Ahronot” qəzetinin məlumatına görə, İsrail xarici kəşfiyyat agentliyi MOSSAD-ın direktoru David Barnea və daxili kəşfiyyat agentliyi olan Şin-Betin rəhbəri Ronen Barın yer almadığı İsrail nümayəndə heyəti ölkəyə qayıdıb. İsrail rəsmisinin açıqlamalarına görə, danışıqlarda Filadelfi dəhlizi ilə bağlı razılıq əldə olunmayıb. İsrailin Baş naziri Benyamin Netanyahunun bu mövzuda mövqeyindən güzəştə getməyə hazır olmadığı bildirilib.

Qeyd olunub ki, İsrail öz qüvvələrini Filadelfiya dəhlizində saxlamaq istəyib, lakin misirlilər və fələstinlilər İsrail ordusunun tamamilə geri çəkilməsində israr ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı