Hidayət mövsümün ən uğurlu cüdoçuları arasında

Cari mövsümdə ən çox qızıl medal qazanan cüdoçular bəlli olub.

Metbuat.az-ın məlumatına görə, liderlər arasında Azərbaycan millisinin cüdoçusu, Olimpiya çempionu Hidayət Heydərov (73 kq) da yer alıb.

Heydərov bu il 4 qızıl medal qazanıb. Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində birinci yeri tutan idmançı, Zaqrebdə Avropa çempionatının qalibi olub. Bundan əlavə, Abu-Dabidə dünya çempionu adını qazanan Hidayət Parisdə də olimpiya titulunu əldə edib.

Rekord isə Fransalı cüdoçu Teddi Rinerə məxsusdur. O, ikisi Olimpiya olmaqla, ümumilikdə 6 qızıl medal qazanıb.

Xorvatiyalı Olimpiya çempionu Barbara Matiç 5 qızıl medala sahibdir. Parisdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Krista Dequçi (Kanada) ilə birlikdə daha dörd cüdoçu bu mövsüm 4 qızıl medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı