HƏMAS Baydenin iddialarına reaksiya verdi

HƏMAS hərəkatı ABŞ prezidenti Co Baydenin iddialarına reaksiya verib.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir HƏMAS Qəzzada atəşkəsin əldə olunmasını dəstəkləyir. Bəyanatda deyilir: “Bayden və Blinkenin açıqlamaları aldadıcı iddialardır və HƏMAS-ın mövqeyini əks etdirmir”. Bildirilib ki, Bayden və Blinkenin bəyanatları İsrailin Fələstin xalqını məhv etmək və köçürmək məqsədinə dəstək verir.

Qeyd edək ki, Co Bayden HƏMAS təşkilatının atəşkəs və əsir mübadiləsi razılaşmasından çəkildiyini iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı