Ançelotti Pereslə Arda ilə bağlı danışdı - Qərar verildi

“Malyorka” ilə 1:1 hesablı heç-heçədən sonra “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti ilə klub prezidenti Florentino Peres arasında baş tutan danışıqların yeni detalları məlum olub.

Metbuat.az xəbər verir ki, tərəflər oyun dəyişiliklərinin gec olması ilə bağlı söhbət ediblər. “Defensa Central”da yer alan xəbərə görə, Ançelotti oyunçuları matça gec buraxdığına görə, Peresdən üzr istəyib. Ançelotti səhvini etiraf edib. Ançelotti növbəti oyunlarda Arda və digər oyunçuları əsas heyətdə və ya daha tez oyuna buraxa bilər.

Qeyd edək ki, “Malyorka” ilə səfər matçında Lukas Vazquez, Brahim Diaz ve Arda Güler 88-ci dəqiqədə oyuna daxil olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı