Şəhid Orxanın anası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Orxan Cabbarovun anası Yeganə xanım dünyasını dəyişib.

Metbuat.az-ın məlumatına görə, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat verib. Onun bildirdiyinə görə, Orxan Cabbarovun anası onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Orxan Cabbarov Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub və ailəli idi. Onun Ayxan adlı bir oğlu yadigar qalıb. Orxan Cabbarov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 9 noyabrda Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. O, Tovuz rayonunun Bozalqanlı kəndində dəfn edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR