COP29 bəzi ixtisaslarda bal artımına səbəb ola bilər - Rəsmi

"COP29 bəzi ixtisaslarda bal artımına səbəb ola bilər".

Metbuat.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

"Müsabiqə ballarının dəyişməsi bir növ həmin il tələbələrin maraqlarının artdığı, cari ildə dəbə düşən ixtisaslardan da asılıdır. Bu səbəbdən bu il ekologiya sahəsinə aid olan ixtisaslara daha çox maraq yarana bilər. Ölkəmizdə keçiriləcək olan COP29 və ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gedən işlər bunu deməyə əsas verir", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı