“Fənərbaxça”nın transfer etmək istədiyi “Boka Juniors”un futbolçusu Kristian Medina üçün “İnter Mayami” klubu da danışıqlara başlayıb.
Metbuat.az xəbər verir ki, futbolçu əvvəlcə “Fənərbaxça”nın təklifinə etiraz etməsə də, “İnter Mayami”nin təklifindən sonra Messi amili onun fikrini dəyişməsinə səbəb ola bilər. İddia edilir ki, yarımmüdafiəçi “İnter Mayami”nin təklifini də nəzərdən keçirir.
Lionel Messinin həmyerlisininin transferi üçün vasitəçi olduğu irəli sürülür. İddia edilir ki, “Fənərbaxça”nın 11 milyon avroluq təklifinə “Boka Juniors” rədd cavabı verib. İkinci təklifin isə 13,5 milyon avro olduğu deyilir.