Mədinədə güclü yağışlar daşqına səbəb oldu

Səudiyyə Ərəbistanının Mədinə şəhərində güclü daşqınlar baş verib.

Metbuat.az bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə güclü sel sularının maşınları batırır və insanları maşınlarından çıxararaq qaçmağa məcbur edir. Məlumata görə, şəhərə cəmi bir gündə bir illik yağıntı düşüb və bu, güclü daşqınlara səbəb olub.

Sosial şəbəkələrdə yayılan video görüntülərdə külli miqdarda sel sularının bir neçə avtomobili apardığı görülür. Bəzi insanlar yağıntıların çoxalmasının səhra bölgəsində daşqınlara səbəb ola biləcəyindən narahatdırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı