Pakistanda 11 polis öldürüldü

Pakistanın cənubundakı Rahim Yar Xan rayonunda tüfəng və qumbaraatanlarla silahlanmış quldurlar polis konvoyunu pusquya salıb, ən azı doqquz polis əməkdaşını öldürüb və çoxlu sayda polis əməkdaşı yaralanıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş nazir Şahbaz Şərif hücumu pisləyib və polisə cinayətkarların izinə düşmək və yaxalamaq üçün çevik tədbirlər görməyi tapşırıb.

Daxili İşlər Nazirliyi ölənlərin sayının 11 olduğunu açıqlasa da, polis indiyə qədər 9 nəfərin öldüyünü təsdiqləyə biləcəklərini və daha ətraflı məlumat gözlədiklərini bildirib.

Qeyd olunur ki, Pakistanda polis və digər hüquq-mühafizə qüvvələri bir çox dəstənin təhlükəsiz sığınacaq kimi istifadə etdiyi sərhəd bölgəsinə nəzarət edə bilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı