700 bal toplayan Zərifə sözünü tutdu - FOTO

Qəbul imtahanında maksimal bal toplayan Zərifə Elmaz qızı İlyasova sözünün üstünə durub. O, ADA Universitetinin Riyaziyyat ixtisasına qəbul olub.

Metbuat.az xəbər verir ki, Zərifə İlyasova bu barədə Redaktor.az-a danışıb:

"Əslində, iyunun 14-ü cavablar çıxandan bəri 700 bal olduğuna görə bilirdim ki, haranı yazsam, ora qəbul olacağam. Buna görə də çox təəccüblü olmadı. Sadəcə olaraq, düşünürdüm ki, hansı ixtisas gələcək üçün daha tələbli olacaq. Gələcəkdə data analitik olmaq istəyirəm, bunun təməlində riyaziyyat durur deyə mən də ADA Universitetində Riyaziyyat ixtisası üzrə oxumağa qərar verdim".

O, magistr barədə danışmaq üçün hələ tez olduğunu desə də, təhsilini xaricdə davam etdirmək niyyətində olduğunu bildirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR