​"Barselona" Olmo üçün ikinci qurbanı verdi - Növbəti ayrılıq

"Barselona" Kristensenin klubdan getməsinə razılıq verib.

Metbuat.az xəbər verir ki, klub yeni transferləri qeydiyyatdan keçirmək üçün belə qərar verib. “The Daily Mail”in məlumatına görə, Kristensenin yeni ünvanı “Nyukasl Yunayted” ola bilər. Məlumata görə, “Nyukasl Yunayted” mərkəz müdafiəçisi transfer etmək istəyir. “Nyukasl” əvvəlcə “Kristal Pelas” və İngiltərənin müdafiəçisi Mark Quehinini transfer etməyə çalışıb. Lakin oyunçu üçün dörd təklifin hamısı rədd edib.

Qeyd edək ki, bundan əvvəl İlkay Gündoğan “Barselona”dan “Mançester Siti” klubuna transfer olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı