"Qalatasaray" yarımmüdafiədən yaşanan problemlərin ardından bu mövqe üçün transfer axtarışlarını gücləndirib.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Milan" klubunda forma geyinən Yasin Adlini transfer etmək niyyətindədir. Fransız futbolçunu heyətdə düşünməyən "Milan" onu icarəyə vermək variantına da müsbət baxır.
25 yaşlı futbolçunun karyerasını Avropada davam etdirmək istədiyi bildirilir.