Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Səfər sabah gerçəkləşdiriləcək.
Səfər zamanı Azərbaycan-Türkiyə əlaqələri ilə yanaşı regional və beynəlxalq məsələlərin də müzakirəsi nəzərdə tutulur.