Sevgilisinə 1 milyonluq jest edibmiş - FOTO

"Telegram" mesencerinin qurucusu Pavel Durov iyun ayında Qırğızıstana səfəri zamanı sevgilisinə jest edib.

Metbuat.az xəbər verir ki, o, səfəri zamanı sevgilisi Yuliya Vavilovanı gəzdirmək üçün Fövqəladə Hallar Nazirliyindən helikopter icarəyə götürüb.

"SHOT" "Telegram" kanalının məlumatına görə, bu jest əvvəllər heç vaxt helikopterdə uçmayan 24 yaşlı Yuliyaya sürpriz olub. Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılan uçuş məxfi xarakter daşıyıb. Milyarderin xahişi ilə onun kimliyi açıqlanmayıb. Cütlük üç saat ərzində uçuş edib, nəticədə Durov təxminən bir milyon rubl ödəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı