"Barselona" Kristenseni Olmo ilə əvəzlədi

"Barselona" zədələnən futbolçusu Andreas Kristensenin əvəzinə Daniel Olmonu La Liqada qeydiyyatdan keçirib.

Metbuat.az xəbər verir ki, klub artıq əvəzetmə üçün La Liqadan icazə alıb. Bu, reqlamentin 77-ci maddəsinə əsasən mümkün olub. Qaydalara görə, bir futbolçu çox müddətə sıradan çıxarsa, onun əvəz edilməsi üçün maaş limitinin aşılmasına icazə verilir.

Əvvəllər “Barselona” Ronald Arauxonun yerinə İniqo Martinezi qeydiyyatdan keçirmək üçün oxşar mexanizmdən istifadə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR