Ronaldo kariyerasını bu klubda bitirəcək

"Əl-Nassr"da çıxış edən Kriştiano Ronaldo karyerası ilə bağlı diqqət çəkən açıqlamalar verib. Ronaldo futboldan ayrılacağı komandanı və təqaüddən sonrakı planlarını açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, 2023-cü ilin əvvəlində “Əl-Nassr”a yollanan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı komandası ilə 2,5 illik müqavilə imzalayıb. Müqaviləsinin son ilinə qədəm qoyan 39 yaşlı portuqaliyalı ulduz karyera planı ilə bağlı önəmli açıqlamalar verib.

Portuqaliya milli komandası ilə gələcəyi haqda danışan Ronaldo, "Milli komandadan ayrılmaq qərarım barədə heç kimə əvvəlcədən məlumat verməyəcəyəm. Bu, mənim üçün kortəbii, eyni zamanda çox düşünülmüş qərar olacaq" deyib.

Digər tərəfdən Kristiano Ronaldo futbolu buraxdıqdan sonra məşqçi olmaq istəmədiyini açıqlayıb. Portuqaliyalı ulduz "Gələcəyimin ora gedəcəyini düşünmürəm. Özümü futboldan kənarda başqa işlər görürəm, amma gələcəyin necə olacağını ancaq Allah bilir" deyib.

Nəhayət, futboldan və komandadan ayrılacağı tarixə toxunan 39 yaşlı Ronaldo qeyd edib:

"Təqaüdün tezliklə və ya 2-3 ildən sonra olacağını bilmirəm. Böyük ehtimalla karyeramı "Əl Nəsr"də bitirəcəyəm. Səudiyyə Ərəbistanı Liqasında oynadığım üçün çox xoşbəxtəm və davam etmək istəyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR