Türkiyənin İzmir şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, psixoloji problemləri olan 45 yaşlı Vəsih Şimşək tapança ilə 3 övladını öldürüb, digər övladını və özünü isə yaralayıb. O, hadisəni törətmək üçün əvvəlcə uşaqlarını kənddəki zeytunluq əraziyə gətirib.
Atanın hadisəni niyə törətdiyi mənlum deyil. O və yaralı uşaq xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.