“Zirə” - “Omoniya” oyununun biletləri satışda - QİYMƏTLƏR

“Zirə” - “Omoniya” (Kipr) oyununun biletləri satışa çıxarılır.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək matçın biletləri bu gün 13:00-dan satışda olacaq. Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir. Azarkeşlər biletləri Zirə İdman Kompleksi və “Dalğa Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Zirə” – “Omoniya” qarşılaşması avqustun 29-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR