Azərbaycanla İran arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 347,1 milyon dollar təşkil edib.
Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur.
Hesabat dövründə İrandan Azərbaycana 339,4 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 7,6 milyon dollar təşkil edib.