"Türkiyə və Azərbaycan bundan sonra da bir yerdə olacaq"

Türkiyə və Azərbaycan bundan sonra da yaxşı və pis günlərdə bir yerdə olacaq.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransı zamanı bildirib. "Türkiyə və Azərbaycan hər zaman "Bir millət, iki dövlət" anlayışı ilə hərəkət edib. Bundan sonra yaxşı gündə də, pis gündə də bir yerdə olacaqlar", - nazir deyib.

H.Fidan qarşıdakı dövrdə də iki ölkənin dostluğu və qardaşlığı naminə yaxından işləməyə davam edəcəklərinə inandığını söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı