Bakı və Tovuzda əməliyyat keçirildi - Saxlanılanlar var

Tovuz rayon vəkil bürosunun sədri Rəşad Abdullayev və vəkil Süleyman Əliyevin saxlanılması ilə bağlı xəbərlər yayılıb.

Metbuat.az Globalinfo.az-a istinadən xəbər verir ki, hər iki şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Bundan əlavə, Bakıda vəkil Fuad Əliyev və daha bir nəfərin saxlanıldığı qeyd edilir.

Onların dələduzluqda ittiham olunduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı