Ançelotti o futbolçuya qapını göstərdi - "Özünə başqa klub tap"

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti oyunçuların hazırlığı barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o Mbappenin heyətə uyğunlaşdığını ifadə edib. Mbappenin yaxşı irəlilədiyini bildirən Ançelotti onun motivasiyalı olduğunu və yaxşı məşq etdiyini ifadə edib. İtaliyalı məşqçi futbolçu zədələrinə toxunaraq bildirib ki, mövsümün bu dövründə proqramın tələblərinə görə zədələr baş verir. Alabanın komanda ilə məşqlərə başlayacağını açıqlayan Ancelottinin sözlərinə görə, Jacobo da oynamaq üçün lazım olan bütün keyfiyyətlərə malik və o. həm Rüdiger, həm də Militaonu əvəz edə bilər.

Jurnalistlərin "Komandada özünə yer tapa bilməyən Reynierə nə məsləhət görərdiniz?" sualına Ançelotti “Futbolçuya öz keyfiyyətini nümayiş etdirə biləcəyi komanda axtarmağı məsləhət görürəm” deyə cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR