Türkiyəni "Oskar"da bu film təmsil edəcək

Oskar mükafatlarında Türkiyənin "Ən yaxşı beynəlxalq film" namizədi müəyyənləşib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, rejissor Zeki Dəmirkubuzun "Həyat" filmi Türkiyənin namizədi olub.

Filmdə baş rolları Miray Daner və Burak Dakak canlandırıb.

Filmdə atası tərəfindən nişanlanmağa məcbur edilən Hicran evdən qaçır. Hicranın onsuz da onu istəmədiyini düşünən Rıza əvvəlcə bu vəziyyətə əhəmiyyət verməsə də, vəziyyət getdikcə çətinləşir və Hicranla qarşılaşmağa qərar verir. Yalnız bir dəfə gördüyü nişanlısının arxasınca İstanbula gedir və uzun sürən axtarışlara başlayır.

Filmin aktyor heyətində Cem Davran, Umut Kurt, Melis Birkan, Osman Alkaş, Ozan Dağara, Doğu Demirkol, Kayhan Açıkgöz, Muttalip Müjdeci, Seyit Nizam Yılmaz, Berfun Başel, Hande Özen, Özlem Türkad və Caner Cindoruk yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR