Durov hələ də Rusiya vətəndaşıdır - Kreml

"Durov hələ də Rusiya vətəndaşıdır və Fransa vətəndaşlığını almağa gəlincə, biz burada heç nə bilmirik, bu, bizim işimiz deyil".

Metbuat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, Kreml onun neçə başqa ölkənin vətəndaşlığına malik olduğunu bilmir.

Qeyd edək ki, Pavel Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı