İngiltərə nəhəngi "Qarabağ"a rəqib oldu - PÜŞKATMA

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.

Metbuat.az bildirir ki, "köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.

Ağdamlılar ikinci matçında səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə "Malmö" (İsveç) ilə, ardınca isə səfərdə "Budyo Qlimt"lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar FCSB (Rumıniya) ilə Bakıda, "Elfsborq"la İsveçdə gerçəkləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı