Konfrans Liqasında püşk atıldı

Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, tədbir Monakoda keçirilib.

2024/25 mövsümündən başlayaraq yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iştirak edəcək. Hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

Oyunların təqvimi avqustun 31-də açıqlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR