Rusiya klubu Cengizi transfer etmək istəyir

Rusiyanın "Spartak Moskva" klubu "Fənərbağça"da forma geyinən Cengiz Ünderi transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilir ki, Moskva klubu "Fənərbağça"da Joze Mourinyonun planlarına daxil olmayan futbolçu üçün 8 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, İstanbul təmsilçisi Cengiz Ünderi 15 milyon avroya almışdı, lakin futbolçu əsas heyətdə özünü doğrulda bilməyib. Futbolçu bu mövsüm sadəcə 12 dəqiqə meydanda olub.

Xatırladaq ki, "Spartak Moskva" bundan öncə "Galatasaray"da forma geyinən Kerem Aktürkoğlunu transfer etmək istəyirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı