İtkin düşən 15 yaşlı qızın basdırılmış meyiti tapıldı

Sentyabrın 3-də saat 10 radələrində Bərdə rayonunun Cəyirli kəndində yerləşən yarımtikilidə 2 gün əvvəl itkin düşmüş kənd sakini, 2009-cu il təvəllüdlü Sevinc Abbaslının meyiti aşkar edilib.

Bu barədə Metbuat.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib.

İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı