Azərbaycan paraüzgüçüsü finala yüksəldi

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Metbuat.az xəbər verir ki, S12 kateqoriyasında yarışan idmançı 100 metr məsafəyə sərbəst üsulla üzmədə bacarığını göstərib.

O, 54.21 saniyə ilə 15 idmançı arasında 4-cü yeri tutub. Beləliklə, təmsilçimiz həlledici raunda vəsiqə qazanıb.

Qeyd edək ki, R.Saley 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında gümüş medala sahib çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR