Ukrayna XİN rəhbəri istefa verdi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Ali Radanın sədri Ruslan Stefançuk deyib ki, istefa ərizəsinə növbəti plenar iclaslardan birində baxılacaq.

Məlumata görə, Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval da istefa ərizələrini Ali Radaya təqdim ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı