Türkiyənin üzvlük məsələsinə baxacağıq - Uşakov

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Türkiyənin BRİCS-ə tam üzvlük üçün müraciət etdiyini təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bunu Kremlin nümayəndəsi sentyabrın 3-6-da Vladivostokda keçirilən Uzaq Şərq İqtisadi Forumunda deyib:

“Türkiyə tam üzvlük üçün müraciət edib. Biz bunu nəzərdən keçirəcəyik”.

Bir gün əvvəl Yuri Uşakov bildirmişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammitində iştirak etmək üçün dəvəti qəbul edib.

Qeyd edək ki, tədbir oktyabrın 22-dən 24-dək Kazanda baş tutacaq.

Hazırda assosiasiyaya Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya daxildir. Malayziya və Azərbaycan üzvlük üçün rəsmi ərizə təqdim edib .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı