İsveç XİN naziri siyasətdən getdi

İsveçin xarici işlər naziri Tobias Billström ötən istefa vermək və siyasətdən çəkilmək qərarına gəldiyini açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ilin oktyabrında koalisiya hökuməti işə başlayandan bəri vəzifədə olan 50 yaşlı Billström “X” platformasındakı yazısında İsveçin baş naziri Ulf Kristofferssonu tutduğu vəzifədən istefa qərarı ilə bağlı məlumatlandırdığını bildirib.

"Mən indi siyasəti tərk edəcəm. Bundan sonra nə edəcəyim hələ bəlli deyil, amma mənim cəmi 50 yaşım var və mən digər kontekstlərdə öz töhfəmi vermək və çox çalışmaq üçün səbirsizlənirəm", - deyə o, qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı