Şirvan şəhərində birinci Qarabağ müharibəsi şəhidinin oğlu özünü asaraq intihar edib.

Metbuat.az-ın APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 1993-cü il təvəllüdlü Tərlan Mirzəxan oğlu Qədirli özünü yaşadığı fərdi yaşayış evinin həyətində asaraq intihar edib.

Qeyd edək ki, T.Qədirli birinci Qarabağ müharibəsində şəhid olan Mirzəxan Qədirovun oğludur.

Faktla bağlı araşdırma aparılır.