Əlcəzairin Seçki Komissiyası ölkənin hazırkı prezidenti Abdelmacid Tebbunun ikinci dəfə prezident seçildiyini elan edib.
Metbuat.az xəbər verir ki, Tebbun seçkilərdə səslərin 94 faizindən çoxunu qazanıb. Onun rəqibləri islamçı Abdelali Həsəni Şerif və sosialist nümayəndəsi Yusif Auşiş müvafiq olaraq 3 faiz və 2,1 faiz səs toplayıblar.
Qeyd edək ki, sentyabrın 7-də Əlcəzairdə keçirilən prezident seçkilərində Seçki Komissiyasının məlumatına görə, 24 milyon seçicidən yalnız 6 milyondan azı səsvermədə iştirak edib.