Güney azərbaycanlı fəalın məhkəmədə ana dilində çıxışına imkan verilmədi

Güney azərbaycanlı ictimai fəalın Azərbaycan türkcəsindəki müdafiə çıxışı məhkəmədə fars dilinə tərcümə edilib.

İranda məhkəmə prosesində güney azərbaycanlı ictimai fəal Mürtəza Pərvin müdafiə çıxışını Azərbaycan türkcəsində etdiyindən hakim onun çıxışını fars dilinə tərcümə etdirməyə məcbur edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, ictimai fəallar Mürtəza Pərvin, Səid Minai və Aydın Məhəmmədinin məhkəmə iclası keçirilərkən, prosesə qəddarlığı ilə tanınan hakim Abbas Səlavati sədrlik edib.

Fəallara "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq" və "dövlət quruluşu əleyhinə təbliğat aparmaq" ittihamları irəli sürülüb. Hazırda Tehrandakı Evin zindanında saxlanılan Mürtəza Pərvin bəzi ittihamlardan bəraət alsa da, digər ittihamlarla bağlı “təqsirli” bilinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı