Narinin məzarının görüntüsü müzakirə yaratdı - FOTO

Türkiyə gündəminə damğa vuran 8 yaşlı Narin Güranın dəfn mərasimində onun tabutunun və məzarının üzərinə gəlinlik qoyulması geniş müzakirəkərə yol açıb.

Metbuat.az xəbər verir ki, sosial şəbəkə izləyiciləri və bir çox məşhurlar bu simvolik seçimi uyğun görməyərək məktəbli forması, kitab və ya oyuncağın daha məntiqli olduğunu bildiriblər.

Aktrisa Bergüzar Korel də bu məsələdə səssiz qalmayıb. O, instaqramda yazıb: "Məktəbli forması və ya oyuncaq yerinə niyə gəlinlik?! Bu, əngəl olmaq istədiyimiz mentalitetin özüdür".

Aktrisa Ezgi Mola da oxşar fikirlər səsləndirərək tabutun üstünə məktəbli forması və ya oyuncaq qoyulmalı olduğunu bildirib.

Qeyd edək ki, Narin Güranın meyiti 19 gün davam edən axtarışlardan sonra Tavşantəpə kəndi ərazisində tapılıb. Hadisə ilə əlaqədar ailə üzvləri, o cümlədən onun əmisi saxlanılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatilin ən ağır cəzaya məhkum ediləcəyini bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı