CES şirkəti açıq qapı günü elan edir - Vakansiya

"Caspian Engineering Solutions" (CES) şirkəti açıq qapı günü elan edir.

İşə qəbul olmaq istəyən şəxslər 21 Sentyabr 2024-cü il saat 10:00-17:00 aralığında CV, sertifikatlar və şəxsiyyət vəsiqəni ilə şirkətin ofisinə yaxınlaşmalıdırlar.

Aşağıda qeyd olunan pozisiyalar üzrə müraciət etmək olar. Məlumat üçün bildirilib ki, vakansiyalar layihə əsaslıdır.

Vakansiyalar:

- Quraşdırıcı (boruçu),

- Quraşdırıcı köməkçisi,

- Qaynaqçı (arqon+elektrod),

- Qaynaqçı köməkçisi,

- İlməkçi

Ünvan: Badamdar, 2-ci massiv, köhnə Finlandiya məktəbi

Əlaqə: 055 255 83 52

Qeyd edək ki, "Caspian Engineering Solutions" şirkəti 2017-ci ildə fəaliyyətə başlayıb. Şirkətin fəaliyyət sahəsinə təmir-tikinti, servis xidməti, təmirə dayanma üzrə fəaliyyətlər, quraşdırma, layihə planlaması, tikinti məsləhəti, xərclərə nəzarət və layihənin idarə edilməsi, boru kəmərinin inspeksiyası, katalizator xidmətləri, sənaye təmizliyi, kimyəvi təmizləmə, çənlərin təmizlənməsi, idarə olunan təzyiqli qazma və s. kimi xidmətlər daxildir. CES şirkəti laboratoriya və sınaq, keyfiyyətə zəmanət və keyfiyyətə nəzarət, üçüncü tərəf yoxlaması, layihələrin idarə olunması və bir çox başqa xidmətlər də təqdim edir. Şirkətin laboratoriyalarında 500-dən çox müxtəlif mühəndislik tədqiqatı fəaliyyəti həyata keçirə bilər. CES-in əsas prioriteti təqdim edilən xidmətlərin ən qabaqcıl texnologiyalarla təchiz olunması və yüksək səviyyədə olmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR