Türkiyə öz maraqlarını rəhbər tutmağa davam edir - Kreml

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynanın nəzarətinə qaytarılması ilə bağlı bəyanatına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Sentyabrın 11-də “Krım platforması”nda çıxış edən Türkiyə prezidenti bildirib ki, yarımadanın Ukraynaya qaytarılması beynəlxalq hüquq tələb edir və Rusiya-Ukrayna münaqişəsinə Ukraynanın suverenliyi əsasında son qoyulmalıdır.

Dmitri Peskovun sözlərinə görə, Rusiya və Türkiyə bu məsələdə tamamilə razılaşmırlar. Lakin Rusiya öz mövqeyini Türkiyəyə çatdırmaqda davam edir:

“Eyni zamanda, türkiyəli dostlarımıza və həmkarlarımıza öz nöqteyi-nəzərimizi, mövqeyimizi izah etməyə davam etmək üçün məqsədyönlü cəhdlərdən əl çəkmirik. Ümid edirik ki, bu, zaman keçdikcə Ankaraya bizi daha yaxşı başa düşməyə, arqumentlərimizi daha yaxşı başa düşməyə və razılaşmağa imkan verəcək”.

Türkiyə prezidentinin bəyanatlarının ABŞ-nin öz iqtisadiyyatına sanksiyalar təzyiqini azaltmaq istəyi ilə bağlı olub-olmaması ilə bağlı sualı cavablandıran Dmitri Peskov deyib ki, Türkiyə yalnız öz maraqlarını rəhbər tutmağa davam edir”.

Qeyd edəkl ki, sentyabrın 11-də Latviyada “Krım Platforması” liderlərinin IV sammiti keçirilib. Sammitdə çıxış edən cənab Ərdoğan xatırladıb ki, Türkiyə həmişə Krımın Rusiyaya daxil olmasına qarşı çıxıb. Onun sözlərinə görə, Krımın ilhaqı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəyən ziyanı daha da ağırlaşdırıb.

O qeyd edib ki, Ukraynanın müstəqilliyini dəstəkləmək Türkiyənin daimi prioritetidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı